• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sosial mediadan sıx istifadə tənhalığa aparır

CƏMİYYƏT

19 Yanvar 2023 | 09:35 | Müəllif: Qalib İbrahimoğlu

Sosial mediadan sıx istifadə tənhalığa aparır

Virtual mühitdə izdihamlı izləyicilər siyahısı real həyatda izdihamlı bir mühitə sahib olmaq hissi yaradır. Halbuki reallıq çox vaxt bunun əksidir.

Bakıvaxtı.az-ın məlumatına görə, əslində sosial mediadan aktiv istifadə edənlər daha tənha və təcrid olunmuş həyata sürüklənirlər. Sosial media insanların vazkeçilməz vərdişidir. Bu, hətta bir növ asılılıqdır. O qədər ki, ailə, qohumlar, dostlar və hətta heç vaxt görüşməyən izləyicilər bir klik uzaqlıqdadır. Sosial media şüurlu istifadə edildiyi təqdirdə bir çox üstünlüklər təqdim edir. Xüsusilə insanların zamanla yarışdığı çağımızda ünsiyyəti asanlaşdırır.

Bununla belə, sosial mediadan çox istifadə bəzi çatışmazlıqları da gətirir. Bunlardan biri də sosial şəbəkələrin istifadəçiləri tənhalığa sövq etməsidir.

Bəs necə olur ki, hər gün yüzlərlə insanla əlaqə saxlanılsa da, insanlar tənhalığa sürüklənir?

Bakıvaxtı.az xəbər verir ki. mütəxəssis Klinik Psixoloq Cemre Ece Gökpınarın sözlərinə görə,  sosial mediada hər kəs özünə bir profil yaradır. Oradakı profillərə baxdığımızda real həyatda tanımadığınız insanlar var: “Bəlkə bir çox insanlardan danışırıq ki, biz küçədə görəndə başımızı çevrib gedirik. Hətta çox vaxt realda “indi danışmaq istəmirəm” fikirləri də beynimizdə dolanır. Məzmunca bu, əslində bizi çox daha tənha və təcrid olunmuş hiss etdirə bilər. Çünki biz daha çox vaxtımızı sosial şəbəkədə keçirməyə başlayırıq”.

Mütəxəssis qeyd edib ki, izləyicilərin siyahısı böyük olsa da, dostluqlar yalnız virtual mühitdə qurulduğundan real həyatdan daha çox insana çatılır. Lakin bu, bir növ aldatma kimi yozulur: “Bu, əslində bizi az adama çatmağa, yəni real həyatla əlaqəni kəsməyə və orada bəyənilmək, bəyənilmək və paylaşılma ehtiyacına yönəldir. Beləliklə, bütünlüklə sosial mediadan asılı olaraq tənhalaşmış oluruq”.

Nuranə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026