• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şouya nə lüzum, hansı dildə qılırsan qıl, yetər ki, namaz qıl

CƏMİYYƏT

15 Avqust 2022 | 15:05

Şouya nə lüzum, hansı dildə qılırsan qıl, yetər ki, namaz qıl

“Namazı Azərbaycan dilində qılmaq olar”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

Onun sözlərinə görə, onsuz da namazın surələrində işlənən ifadələri Azərbaycan dilinə çevirəndə ərəb mənşəli alınma sözləri demiş oluruq:

“Yəni, məsələn, “Həmd”, “Allah”, “aləm”, “Rəbb”, “məxsus”, “Rəhman”, “din” hamısı ərəb sözüdür. Biz nəyin davasını edirik? Namazı istədiyin dildə qıl, lakin başa düş. Çünki namazı ana dilində qılsan belə, o sözlər səndə ritiuallaşacaq. Namaz isə rituallıq deyil. Namaz insanları mənfilikdən, əxlaqsızlıqlardan qurtarmaq üçün buyurulub. Bu gün çoxumuz namazı əyilib-qalxmaq olar görürük”.

E.Miri bildirib ki, Allahın insanlardan namazdan öncəki ilk əmri oxumaq olub:

“Allah buyurur: “oxu, Yaradan Rəbbinin adı ilə oxu”. Bundan sonra insanın yaradılışı ilə bağlı ayə başlanır. Amma təəssüf ki, bu gün oxuma-yazma bilməyənlərin çoxluğu müsəlman ölkələrinin payına düşür. Çünki özünü müsəlman adlandıranların çoxu Allahın ilk əmrini belə yerinə yetirməyib. Namazın eyni dildə qılınması sadəcə insanların birlikdə olanda eyni sözləri deməsinə gətirib çıxarır. Mən həmişə belə məsələlərdən şou yaratmaq istəyənlərə deyirəm ki, qardaş, sən nə dilində qılırsan, qıl, yetər ki, qıl”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR