• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şri-Lanka da hərbi əməliyyatlara qoşulur

DÜNYA

12 Yanvar 2024 | 12:45

Şri-Lanka da hərbi əməliyyatlara qoşulur

Şri-Lanka ticarət gəmilərini Qırmızı dənizdə husilərin hücumlarından qorumaq üçün ABŞ-nin rəhbərlik etdiyi əməliyyatlara qoşulur.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Şri-Lankanın dövlət başçısı Ranil Vikramasinqh Kolomboda Yaxın Şərq ölkələrinin səfirləri ilə görüşündə deyib.

“Şri-Lankanın Qırmızı dənizdəki gəmiləri husilərin hücumlarından qorumaq səylərinə qoşulması heç bir ölkə ilə hərbi ittifaq təşkil etmir, ancaq naviqasiya azadlığını təmin etməyə yönəlmiş bir addımdır”, - o bilidirib.

Dövlət başçısı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının qlobal ticarətə mənfi təsir etdiyini və bunun qlobal bazarda qiymətlərin artmasına səbəb olduğunu söyləyib: “Bunun nəticələri Şri-Lankaya da təsir edəcək”.

Onun sözlərinə görə, Şri-Lanka İsrail və HƏMAS arasındakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026