• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Suda mikroplastik toplamaq üçün robot-balıq yaradıldı

CƏMİYYƏT

25 Iyun 2022 | 02:18 | Müəllif: Qalib İbrahimoğlu

Suda mikroplastik toplamaq üçün robot-balıq yaradıldı

Çinin Siçuan Universitetinin alimlərindən ibarət qrup suda mikroplastikləri toplamaq üçün nəzərdə tutulmuş balıq robotu yaradıblar.

Bakıvaxtı.az xarici saytlara istinadla xəbər verir ki, tərtibatçıların fikrincə, bionik balıq çevikdir, ölçüsü 13 millimetrə çatır və qabıqdakı mirvari təbəqələrini xatırladan qrafen əsasında bir neçə təbəqədən ibarətdir. Lazer şüası ilə təmasda olan robot işə düşür və mikroplastikləri bədənin səthinə çəkərək toplamağa başlayır (azərtac). Qurğunun hərəkət sürəti saniyədə 30 millimetrə çatacaq.

Əvvəlki layihələrdə suyu çirklənmədən təmizləmək üçün oxşar robotlar təklif edilirdi, lakin onların müxtəlif zəiflikləri var idi: onlar silikon və ya hidrojeldən ibarət idi, bu da onların asanlıqla zədələnməsinə səbəb olurdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026