• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Sumqayıtda sursat aşkar edilib

CƏMİYYƏT

12 Avqust 2025 | 10:17

Sumqayıtda sursat aşkar edilib

Sumqayıt şəhəri, Yaşma bağları adlanan ərazidə hərbi sursatın aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 152 mm-lik BR530 zirehdələn top mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


SON XƏBƏRLƏR

11 Avqust 2025