Suriya prezidenti Bəşər Əsəd koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident Adminstrasiyasının "Twitter" hesabında bildirilir.
Məlumata görə, Bəşər Əsədlə yanaşı onun həyat yoldaşı Əsma Əsəd də virusa yoluxub.
"Prezident Əsəd və xanım Əsma Əsəd PCR testi verdilər və nəticə onların koronavirusa yoluxduğunu göstərdi", - açıqlamada deyilir.
















