Homs əyalətinin Hola bölgəsi ətrafında devrilmiş lider Bəşər Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu güman edilən kütləvi məzarlıq tapılıb.
Bakıvaxtı.az Suriyanın "SANA" xəbər agentliyinə istinadən xəbər verir ki, Hola bölgəsi ətrafında kütləvi məzarlıq aşkarlanıb.
Qəbirlərin açılması üçün əraziyə ekspert qrupları və mülki müdafiə əməkdaşları göndərilib.
Suriyada hələ aşkar edilməmiş çoxlu kütləvi məzarlıqların olduğu düşünülür.
Qeyd edək ki, Əsəd rejimi 25 may 2012-ci ildə Holada 49-u uşaq və 34-ü qadın olmaqla, 108 mülki vətəndaşı qətlə yetirib.
Gülşən Şərif