• Bakı 18° C

    7.49 m/s

Tailand-ABŞ ticarət danışıqları təxirə salınıb

İQTİSADİYYAT

22 Aprel 2025 | 16:42 | Müəllif: Gülşən Şərif

Tailand-ABŞ ticarət danışıqları təxirə salınıb

Donald Tramp administrasiyası tərəfindən gömrük məhdudiyyətləri məsələsinin həlli üçün Tailand və ABŞ arasında ticarət danışıqları qeyri-müəyyən müddətə təxirə salınıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə krallığın baş naziri Fetonqtan Şinavatra məlumat verib.

O, açıqlamasında ticarət danışıqlarının aprelin 23-nə planlaşdırıldığını bildirib. Danışıqlara Tailandın nümayəndə heyətinə baş nazirin müavini və maliyyə naziri Fiçai Çunhavaçira başçılıq etməli idi. 

Baş nazirin sözlərinə görə, Tailand ABŞ-dən təyyarə və kənd təsərrüfatı məhsullarının idxalını artırmağa hazırdır. 

Tramp adminstrasiyasının  ticarət danışıqlarını təxirə salmasının səbəbini açıqlamayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR