• Bakı 15° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

TBMM sədri: Qəza yerində axtarış-xilasetmə işləri izlənilir

SİYASƏT

11 Noyabr 2025 | 17:56

TBMM sədri: Qəza yerində axtarış-xilasetmə işləri izlənilir

Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdəki axtarış-xilasetmə işlərini yaxından izləyirik.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan kurtulmuş "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycandan ölkəmizə qayıdan, Milli Müdafiə Nazirliyimizə aid hərbi yük təyyarəmizin Gürcüstanda qəzaya uğradığı xəbərini böyük bir kədərlə öyrəndim. Hadisə yerində davam edən axtarış-xilasetmə işlərini yaxından izləyirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Əziz millətimizin başı sağ olsun", - paylaşımda vurğulanıb.


SON XƏBƏRLƏR