• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Teatrlarımız azad olunmuş ərazilərə nə vaxt dönür? - RƏSMİ

MƏDƏNİYYƏT

13 Dekabr 2023 | 11:38 | Müəllif: Qalib İbrahimoğlu

Teatrlarımız azad olunmuş ərazilərə nə vaxt dönür? - RƏSMİ

 2020-ci il də daxil olmaqla, son 3 ili Azərbaycan tarixinin ən uğurlu səhifələri saymaq olar. Azərbaycan 30 il sonra düşmən tapdağı altında olan ərazilərini azad etdi. Bu il həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu.

Qeyd edək ki, işğalçılar bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar. Erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. 30 il müddətində işğal altında saxladıqları Qarabağda dünyada misligörünməmiş talançılıqla məşğul olub, bütün tarixi, dini abidələrimizi məhv ediblər.

Ərazilərimiz işğal olunanda həmin bölgələrdə fəaliyyət göstərən teatrlarımız da qaçqın düşdü. Amma artıq Qarabağa yeni nəfəs gəlib. Qarabağa “Böyük qayıdış” başlayıb. Bəs Şuşa, Füzuli, Ağdam və Xankəndi Dövlət Dram teatrlarının yerlərdə fəaliyyəti nə zaman bərpa olunacaq?

Bakıvaxtı.az mövzuyla bağlı Azərbaycan Mədəniyyət Nazirliyinə sorğu göndərib.

Nazirliyin mətbuat katibi Aynur Kərimova Bakıvaxtı.az-ın sorğusuna cavabında bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə geniş monitorinqlər aparır: “Mədəni irsin hansı dərəcədə ziyan gördüyü, hansı vəziyyətdə olması ilə bağlı çox geniş bir araşdırma aparırıq. Bundn sonra layihələrə başlamağı planlaşdırırıq”.

A.Kərimova qeyd edib ki, o ərazilərdə nəinki maddi, mədəni, qədim dövrlərə aid irsimiz, eyni zamanda, çağdaş dünyanın mədəni infrastrukturu sayılan mədəniyyət müəssisələri, musiqi məktəbləri, teatrlar, muzeylər və s. hamısı çox ciddi ziyan görüb, hətta bəziləri yer üzündən tamamilə silinib.

Müsahibimiz vurğulayıb ki, məlum olduğu kimi, Ağdam, Füzuli və Şuşa Dövlət Dram teatrları vaxtilə həmin ərazilərdə işğaldan əvvəl fəaliyyət göstərib: “Bu teatrlar unikal mədəniyyət vahidi olaraq mədəniyyət göstəriblər. Çox təəssüf ki, erməni vandalları tərəfindən bu irs də, demək olar ki, tamamilə dağıdılıb. Bununla bağlı nazirliyin müvafiq bölmələrində, strukturunda müzakirələr aparılır, layihə təklifləri hazırlanıb təqdim ediləcək”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026