• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

TƏCİLİ! Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirdi

DÜNYA

23 May 2026 | 14:56

TƏCİLİ! Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirdi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kimya sənayesinin bir hissəsi və hərbi obyekti olan “Metafrax Chemicals” şirkətinə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”dakı paylaşımında bildirib.

O, Rusiyanın əsas hərbi obyektlərindən birinin məhv edilməsinə görə Ukrayna Təhlükəsizlik Xidmətinə minnətdarlıq edib: "Sərhədimizdən məsafə 1700 kilometrdir, obyekt Perm bölgəsindədir. “Metafrax Chemicals” Rusiya kimya sənayesinin vacib hissəsidir".

Zelenski şirkətin məhsullarının onlarla digər Rusiya hərbi istehsal müəssisəsini təmin etdiyini bildirib.

“Buraya təyyarələr, dronlar, raket mühərrikləri və partlayıcı maddələr daxildir. Artıq müəssisədə istehsal dayandırılıb. Bizim “uzaqməsafəli sanksiyamız” vacibdir”, - deyə o yazıb.


SON XƏBƏRLƏR

22 May 2026