• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Məktəblər koronavirusa görə bağlanacaq? - Nazirlikdən açıqlama

CƏMİYYƏT

19 Oktyabr 2021 | 11:02

Məktəblər koronavirusa görə bağlanacaq? - Nazirlikdən açıqlama

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar veriləcəyi halda ictimaiyyətə açıqlanacaq.

Hələlik belə bir qərar yoxdur. 

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.

Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026