• Bakı C

    0.14 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Tələbələrin yataqxana problemi nə vaxt həllini tapacaq? - VİDEO

REPORTAJ

13 Fevral 2025 | 06:44

Tələbələrin yataqxana problemi nə vaxt həllini tapacaq? - VİDEO

Təhsil almaq üçün bölgələrdən Bakıya üz tutan tələbələri ən çox narahat edən məsələlərdən biri yaşayış yeridir. 

Bakıvaxtı.az xezerxeber-ə istinadən xəbər verir ki, kirayə mənzil tutmağa maddi imkanı çatmayan tələbələr oxuduqları universitetlərin yataqxanalarına üz tuturlar, amma təəssüf ki, ölkədəki universitetlərin də hamısının yataqxanası yoxdur. Olanların da çoxu təmirsizdir və ya orada qaçqın və məcburi köçkün ailələri məskunlaşıblar.

Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyir ki, bu, illərdir davam edən ciddi problemdir və tələbələrə maddi çətinlik yaradır.

Bəs problemin həlli istiqamətində Təhsilin İnkişafı Fondu hansı layihələr icra edir?

Qurumdan bildirildi ki, ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlb edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda paytaxtdakı 8 universitetin yataqxanası təbələrin istismarına verilib. Onların da ümumi yer tutumu 2000-ə yaxındır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


SON XƏBƏRLƏR

12 Fevral 2025