• Bakı C

    15.9 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Tovuzda yaşayış binasında yanğın - FOTO - YENİLƏNİB

CƏMİYYƏT

04 Aprel 2025 | 13:38

Tovuzda yaşayış binasında yanğın - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz şəhəri, Vaqif küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın qısa müddətdə södürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m. olan üçotaqlı mənzilin yanar konstruksiyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub.

    Yanğın zamanı köməksiz vəziyyətdə qalmış 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas olunub, 7 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, xəsarət almış 1 nəfər isə təcili tibbi yardım briqadasına təhvil verilib.

    ***

    13:05

    Tovuzda yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb.

    Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

      İlkin məlumata görə, 4 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb.

      ***

      12:53

      Tovuzda yanğın hadisəsi baş verib.

      Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, rayonda 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

        Sakinlər taxliyə edilib. Yanğın söndürülüb.

        Yanğın zamanı bir neçə nəfərin tüstüdən zəhərləndiri bildirilir.


        SON XƏBƏRLƏR