Ağ Ev administrasiyası təxminən 1 trilyon dollar məbləğində müdafiə büdcəsini təsdiqləyib.
Bakıvaxtı.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz pula qənaət edirik, lakin ordu qurmağa ehtiyacımız var və güclü olmalıyıq. Çünki indi ətrafda çox pis qüvvələr var", - o qeyd edib.
D.Tramp əlavə edib ki, bu, ABŞ-nin ordu üçün indiyədək qəbul etdiyi ən böyük büdcə olacaq.