"ABŞ-yə gələn minlərlə miqrant özləri ilə pis genlər gətirir".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
Trampın sözlərinə görə, ABŞ-də miqrantlar arasında cinayətin artmasının başlıca səbəbi onların geni ilə bağlıdır:
"ABŞ-yə gələn bir çox miqrant öz ölkələrində bir deyil, bir neçə dəfə cinayət törədiblər. Bu cür insanlarda cinayətə meyl genetikdir. Hazırda ABŞ-də çox sayda pis genləri olan miqrantlar var".
Gülşən Şərif