• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qocalar evində yanğın - Ölənlər var

DÜNYA

07 Noyabr 2024 | 09:31

Qocalar evində yanğın - Ölənlər var

Gürcüstanda qocalar evində yanğın baş verib.

Bakıvaxtı.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə Mtsxeta-Mtinate rayonunun Muxrani kəndindəki “Muxranis Savane” özəl qocalar evində baş verib.

Nəticədə iki ahıl insan ölüb. Yanğın zamanı daha iki nəfər xəsarət alıb.

Qocalar evinin qalan sakinləri isə müvafiq müayinələrdən keçərək, başqa sığınacaqlara köçürülüblər və onlara bütün lazımi xidmətlər göstərilib.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026