• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Tural Gəncəliyev: “Makron öz eksperimentini Cənubi Qafqazda həyata keçirmək istəyir”

SİYASƏT

25 Iyun 2024 | 11:39

Tural Gəncəliyev: “Makron öz eksperimentini Cənubi Qafqazda həyata keçirmək istəyir”

"Fransanın Ermənistanı silahlandırması təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz üçün də təhlükə yaradır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib

Onun sözlərinə görə, bu hətta Rusiyanın özü üçün, habelə Türkiyə üçün də təhlükə yaratmaq cəhdidir:

“Makron öz eksperimentini Cənubi Qafqazda həyata keçirmək istəyir, ancaq bu mümküm olmayacaq. Çünki Azərbaycanın güclü Ordusu var. Mən hesab edirəm ki, Makronun bu hərəkəti həm də beynəlxalq hüquqa qarşı hesablanıb. Yaxşı olardı ki, Fransa hakimiyyəti öz müstəmləkə ərazilərində insan hüquqlarının pozulmasının qarşısını alsın”.

Günel Abbas


SON XƏBƏRLƏR

28 Sentyabr 2024