• Bakı C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0184

Türkiyə İnterpolun axtardığı Vitya Panı Rusiyaya ekstradisiya edib

DÜNYA

09 Dekabr 2023 | 00:22

Türkiyə İnterpolun axtardığı Vitya Panı Rusiyaya ekstradisiya edib

Türkiyə İnterpol tərəfindən axtarışda olan, kriminal dairələrdə Vitya Pan ləqəbi ilə tanınan Viktor Panyuşini Rusiyaya ekstradisiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

Cinayətkar Şimali Kipr Türk Respublikası ərazisində saxlanılıb.

İnterpol tərəfindən axtarışda olan və iyun ayında Şimali Kipr Türk Respublikasında (ŞKTC) həbs edilən Viktor Panyuşin ölkəsinə təhvil veriləcək. İnterpol tərəfindən axtarışda olan Panyuşin ŞKTC-də prosedur başa çatdıqdan sonra Türkiyəyə göndəriləcək. O, ölkəsinə - Rusiyaya təhvil veriləcək.

Rusiyada adam öldürmək də daxil olmaqla, 9 ağır cinayətdə təqsirli bilinən və İnterpol tərəfindən axtarışda olan “Vitya Pan” ləqəbli Viktor Panyuşin Ukraynaya qaçaraq, başqa soyad və doğum tarixi ilə Ukrayna pasportu alıb. Keçən ilin mayında o, Ukrayna pasportu ilə ŞKTC-dəki otelə daxil olub, 2021-ci ildə Rusiya pasportu ilə orada qalıb. 2023-cü ilin əvvəlində Panyuşin yenidən Ukrayna pasportu ilə ŞKTC-yə gəlib. İyun ayında o, “saxta pasport”a görə saxlanılıb.

Polisə verdiyi ifadəsində Panyuşin bildirib ki, pasport ona Ukrayna tərəfindən şahidlərin müdafiəsi proqramı çərçivəsində verilib və tanınmamaq üçün bəzi şəxsi məlumatlar dəyişdirilib. Panyuşinin həbsindən sonra İnterpol təqsirləndirilən şəxslərin ekstradisiyasını tələb edib.


SON XƏBƏRLƏR

27 Fevral 2024