Türkiyə milli müdafiə naziri Yaşar Gülər Böyük Britaniya müdafiə naziri Ben Uolleslə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş Brüsseldə NATO Müdafiə Nazirləri İclası çərçivəsində baş tutub.
















