Türkiyə Superliqasının oyunları qeyri-müəyyən müddətədək təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbər yayılıb.
Buna səbəb isə dünən gecə baş tutan“Ankaragücü” “Rizespor” matçının final fitindən sonra “Ankaragücü” klubunun prezidenti Faruk Koca meydana daxil olaraq hakimə yumruq zərbəsi endirib. Zərbənin təsirindən oyunun hakimi Halil Umut Meler yerdə qalıb.
Qeyd edək ki, Türkiyə Hakimlər Komitəsi də bu hadisəni pisləyən bəyanat yayıb.
Ziyafət Əlisoy
















