İstanbulda Böcek ailəsinin faciəli ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza İdarəsi yekun rəyini istintaqa təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, ekspertiza ailə üzvlərinin fosfin qazından zəhərlənməsi nəticəsində həyatını itirdiyini göstərən dəlillər aşkarlayıb. Fosfin qazının “alüminium fosfit” adlı kimyəvi maddənin istifadəsi zamanı ortaya çıxdığı bildirilir. İstintaq çərçivəsində aparılan araşdırmalarda hoteldə həyata keçirilən dezinfeksiya prosesində bu maddənin tətbiq olunduğuna dair izlər müəyyən edilib.
Xatırladaq ki, Almaniyadan gələn Böcek ailəsinin üzvləri noyabrın 12-də Fatihdəki hoteldən xəstəxanaya aparılmış, əvvəlcə uşaqlar və ana, daha sonra isə ata Servet Böcek həyatını itirmişdi.
Onu da bildirək ki, ailə ilə eyni hoteldə qalan iki turist də oxşar simptomlarla xəstəxanaya yerləşdirilmiş, daha bir nəfər müşahidə üçün klinikada saxlanılmışdı. Hadisədən sonra polis hotelin fəaliyyətini müvəqqəti dayandıraraq onu möhürləmişdi./“Qafqazinfo”
Bakı 



