• Bakı 21° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Türkiyənin 5 vilayətində meşə yanğınları BAŞLADI

DÜNYA

12 Iyun 2024 | 20:04 | Müəllif: Subhan Mahmudov

Türkiyənin 5 vilayətində meşə yanğınları BAŞLADI

Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir vilayətlərində yerləşən meşəlik ərazilərdə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb. Hazırda Çanaqqala, Sinop və Muğlada alovlara qarşı havadan və qurudan müdaxilə davam edir.

Çanaqqala valisi İlhami Aktaş yanğınla bağlı verdiyi açıqlamada bölgədə güclü küləyin əsdiyini, hazırda 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işlərinin davam etdiyini deyib.

Valilik meşəlik ərazilərə yaxın bölgələrdə yaşayanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.

Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam edir.

İzmirdə baş verən yanğında şübhəli bilinən bir nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026