• Bakı 5° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Ukrayna ağıllı hərəkət etməlidi, bunu da edə bilmir” - Politoloqun ŞƏRHİ

SİYASƏT

10 Oktyabr 2022 | 11:27 | Müəllif: Qalib İbrahimoğlu

“Ukrayna ağıllı hərəkət etməlidi, bunu da edə bilmir” - Politoloqun ŞƏRHİ

“İndi ki Ukrayna bu addımı atır, tezliklə Rusiya Odessa və Nikolayevi də götürəcək”.

Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev Ukraynanın son günlər artan əks-hücumlarına münasibət bildirərkən deyib.

Onun fikrincə, əslində Ukraynada heç bir fəallıq yoxdur: “Krım körpüsünün partladılması ABŞ-ın planı idi. ABŞ-ın sənədlərində konkret olaraq göstərilir ki, Rusiyanı 4 yerə parçalamaqdan ötrü Ukraynadan yem kimi istifadə olunmalıdır. Gördülər ki, Ərdoğan fəallaşıb, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi imzalana bilər, məcbur olub bu yolu seçdilər. Krımdan bir az o tərəfdə Sankt-Peterburq yerləşir. Terror törətmək istəyirdilərsə, gedib orda və ya Moskvada edərdilər”.

Politoloqun sözlərinə görə, Ukrayna dalana girib və ordan qayıda bilmir: “Rusiya üçün bu sərfəlidir, çünki nüvə başlıqlarını gətirib və ikinci terroru gözləyir. Krımda üç nəfər Rusiya vətəndaşı öldü. Lakin onlar Zaparojedə terror törədib 22 ukraynalını öldürdülər, binaları dağıtdılar. Ukrayna nəyi qazandı? Publika bu millətləri qıracaq. Sovet ideologiyasından çıxan insanlarda bir xəstəlik var, özlərini cəmiyyətə təqdim etmək üçün “qəhrəmanlıqlar” edirlər”.

C.Nuriyev deyib ki. siyasət sakitliyi sevir, sənin atacağın addımı gərək bilməyələr. Onun sözlərinə görə, Ukrayna hazırda Azərbaycanın 1992-93-cü illərdə yaşadığı hansı bəlalar vardısa, onları yaşayır: “Çünki peşəkar komanda, rəhbərlik yoxdur. Krım 8 il bundan əvvəl işğal edilib. İndiyə qədər Podalyak hardaydı? İndi yekə-yekə danışırlar”.

Müsahibimizə görə, ABŞ-a lazımdır ki, Rusiyanı parçalasın: “Beləliklə, Rusiya nüvə başlığından istifadə edə bilər və ABŞ ona heç nə etməyəcək. Çünki ABŞ yerüstü müharibə görməyib, qıraqdan başqalarını qızışdırıb qırdırmaqla deyil ki! Ona görə də, mən Ukraynanın fəallaşmasını yox, hər iki dövlətin siyasətdə yuvarlandığını görürəm. Rusiya Ukraynanın 4 əyalətini götürüb. İndi ki Ukrayna bu addımı atır, tezliklə Rusiya Odessa və Nikolayevi də götürəcək. Xarkov Rusiyaya lazım deyil. Dünən də Kiyevi vurdular. Terror Krımdakı kimi olmur e, belə olur. Rusiyanın Kiyevi vuracağı heç kimin ağlına gəlmirdi. Yoxsa, maşın gedir, onu partlat və üç adam ölsün, bununla iş getmir. Ukrayna ağıllı hərəkət etməlidi, bunu da edə bilmir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR