• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna-Rusiya müharibəsi başlayandan koronavirus unuduldu - Kitaroviç

SİYASƏT

15 Mart 2024 | 15:40

Ukrayna-Rusiya müharibəsi başlayandan koronavirus unuduldu - Kitaroviç

Gələcəkdə dünyanın pandemiyalardan necə qorunması hələ də sual altındadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Xorvatiyanın keçmiş Prezidenti, NATO Baş katibinin keçmiş müavini Kolinda Qrabar-Kitaroviç “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun altıncı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi başlayandan koronavirus unuduldu: "Amma virus hələ ətrafımızdadır. Dünyada baş berən proseslərə baxsaq, irəlidə növbəti pandemiyalar da ola bilər. Amma nə vaxt və harada ortaya çıxacağını bilmirik".

Xorvatiyanın eks-prezidenti bildirib ki, hazırda pandemiyalar üçün ayrılan vəsaitin necə xərclənməsi ilə bağlı hər hansı dəqiq qərar yoxdur: "Bunun üstündə işləmək lazımdır. Vaksinlərin də dünyada bərabər paylanmaması narahatlıq doğurur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR