• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukraynadan Rusiyaya malların ixracına tam QADAĞA

DÜNYA

27 Sentyabr 2022 | 22:18 | Müəllif: Subhan Mahmudov

Ukraynadan Rusiyaya malların ixracına tam QADAĞA

Ukrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın gömrük ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.

Bakıvaxtı.az Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.

Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.

Baş nazirin birinci müavini Yuliya Sviridenkonun sözlərinə görə, bu yolla Ukrayna Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR