• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Uşaqlara vaksin vurulmalıdırmı? - İnfeksionistdən AÇIQLAMA

CƏMİYYƏT

28 Sentyabr 2022 | 13:19 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqlara vaksin vurulmalıdırmı? - İnfeksionistdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, koronavirusun “omikron” variantına qarşı mübarizə məqsədilə 5-11 yaşlı uşaqlar üçün nəzərdə tutulan yeni vaksin tətbiq edilə bilər. Qeyd edək ki, buna icazə verilməsi üçün “Pfizer” və “BioNtech” şirkətləri ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinə müraciət ediblər.

Əksəriyyət hesab edir ki, uşaqlara, ümumiyyətlə. koronavirusa qarşı vaksin vurulması yolverilməzdir. İnfeksionist Mərdan Əliyev isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, vaksinlərin olması hər zaman yaxşı və vacibdir: “Qoyun vaksinlər olsun, tədqiqatlar aparılsın, uşaqlar üçün də olsun”.

Onun sözlərinə görə, amma bunun hansı ölkələrdə istifadə olunacağı ayrı məsələdir. İnfeksionist hesab edir ki, hal hazırda bu mövzu aktual deyil: “Pandemiyanın sona çatacağı, yoluxmaların azaldığı bir dövrdə uşaqlara virusa qarşı peyvənd vurulması aktual deyil. Buna görə də, Azərbaycanda hazırda belə bir şey düşünülmür”.

M.Əliyev qeyd edib ki, Çin, Tayvan kimi ölkələrdə hələ də kollektiv immunitet formalaşmayıb: “Uşaqlar məktəb və bağçaya getdikləri üçün onlar arasında epidemiya olma ehtimalı var. Buna görə o vaksin lokal yerlərdə istifadə oluna bilər”.

Müsahibimiz deyir ki, bu, gələcəkdə mövsümi infeksiyaya çevrilə, payız-qış dövründə alovlanmalar ola bilər: “Mən mümkün ehtimalları deyirəm, lakin indi vəziyyət elədir ki, Azərbaycanda peyvənd mövzusu aktiv deyil”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026