• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

ÜST-dən qorxulu proqnoz: "Payızda koronavirus..."

CƏMİYYƏT

30 Avqust 2022 | 18:05

ÜST-dən qorxulu proqnoz: "Payızda koronavirus..."

Pandemiya başlayandan bəri  Avropada bir neçə həftə ərzində koronavirusa yoluxma hallarının sayı 250 milyona çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Hans Klüge proqnoz verib.

“Biz pandemiya ilə mübarizədə böyük nailiyyətlər əldə etdik. Lakin virus hələ də yayılmaqdadır, yenə də insanlar ona görə xəstəxanalara düşür, ölürlər - təkcə son bir həftədə təxminən 3 000. Bu, dünyada qeydə alınan ümumi rəqəmin təxminən üçdəbirini təşkil edir”, - deyə o əlavə edib.

Klüge əksər ölkələrin, o cümlədən aşağı və orta gəlirli ölkələrin vaksinasiyaya davam etməsinə baxmayaraq Avropanın bir çox yerlərində milyonlarla insanın peyvənd olunmamış qaldığını vurğulayıb.

O, həmçinin ölkələri imkan təqdirində qrip peyvəndini COVID-19 peyvəndi ilə birlikdə tətbiq etməyə çağırıb. 

İbRa

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR