• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Virusun qarşısını almaq istəyirsinizsə... Öpüşməyin

CƏMİYYƏT

29 Avqust 2022 | 20:52 | Müəllif: Qalib İbrahimoğlu

Virusun qarşısını almaq istəyirsinizsə... Öpüşməyin

Xəbər verdiyimiz kimi, tanınmış pediatr Olqa Qofman immunitetin zəiflədiyi payız fəslində viruslardan qorunmağın sadə üsullarını təklif edib. Bu təkliflər sırasında ən çox diqqət çəkəni şəxsi gigiyenaya ciddi riayət olunması və tanımadığınız insanlarla öpüşməkdən imtina etməkdir.

Bakıvaxtı.az-ın məlumatına görə, Olqa Qofman qeyd edib ki, insanlar hər gün milyonlarla virus və bakteriya ilə “görüşür”: “Amma bunların böyük əksəriyyəti orqanizm üçün təhlükəli deyil, çünki insanın illərlə formalaşmış immuniteti onu bu tip təhlükələrdən qorumağa kömək edir. Buna baxmayaraq, yoluxmadan yayınmaq üçün həmişə elementar təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. İctimai yerləri ziyarətdən və ya təyyarə ilə uçuşdan sonra əllərinizi və üzünüzü sabunla yaxşı-yaxşı yuyun, ilk dəfə rastlaşdığınız insanla öpüşməyin. Burnunuzu isə dəniz duzunun mayesi ilə təmizləyin”.

İnfeksionist Mərdan Əliyev də hesab edir ki, öpüşüb görüşməməklə bu virusdan xeyli dərəcədə yayınmaq olar. Onun Bakıvaxtı.az-a dediyinə görə, bu, əsasən, məclislərə gedəndə qohum-əqrəbalar arasında olur: “Yəni, toyda, qonaqlıqda, məclislərdə qohumlar bir-birləri ilə öpüşüb-görüşərək xəstəliyi öz aralarında yayırlar. Ona görə, bunun qarşısını almaq üçün, təbii ki, öpüşüb-görüşməmək lazımdır”.

M.Əliyev vurğulayıb ki, pandemiyanın pik vaxtında da avtobuslarda sıxlığın olmasından çox danışılıb: “Avtobusda insanları seyrəltmək bir az çətin məsələdir. Kifayət qədər avtobus yoxdur, olsa belə, o avtobusları tənzimləmək məsələsi var. Günün pik saatlarında avtobuslarda çox insan olur”.

Onun spzlərinə görə, sosial məsafəni qoruya bilmiriksə, yalnız maskadan istifadə etmək lazımdır: “Maska tənəffüs yollarını qoruyan gigiyenik vasitədir. Maska taxaraq sosial məsafəni qoruya bilməsək də, xəstəlikdən qoruna bilərik. Ona görə də, avtobus kimi sosial məsafə qoruna bilməyən yerlərdə mütləq maska gündəmə gəlməlidir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026