• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Xankəndi-Bakı ultra marafonu başladı - FOTOLAR

CƏMİYYƏT

29 Fevral 2024 | 08:37

Xankəndi-Bakı ultra marafonu başladı - FOTOLAR

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər.

Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 kilometr), Yevlax - Ucar (84 kilometr), Ucar - Hacıqabul (88 kilometr), Hacıqabul - Qobustan (70 kilometr) və Qobustan - Bakı (55 kilometr) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Ultra marafon iştirakçıları 380 kilometr məsafə qət edəcəklər.

Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.


SON XƏBƏRLƏR

26 Iyul 2024