• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Xəstəxana ləvazimatlarını yeyən yeni bakteriya növü

CƏMİYYƏT

27 May 2025 | 13:37

Xəstəxana ləvazimatlarını yeyən yeni bakteriya növü

Xəstəxanalarda istifadə olunan bioplastiklər bakteriyalar üçün qida mənbəyinə çevrilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı İngiltərədə araşdırma aparılıb.

Tədqiqatçılar dünyada hər il təxminən 559 min insanın ölümünə səbəb olan "Pseudomonas aeruginosa" bakteriyasının, bir xəstənin yara infeksiyasından təcrid edilmiş xüsusi bir ştammını öyrəniblər.

Araşdırma zamanı məlum olub ki, bu bakteriya tədqiqatçılar tərəfindən “Pap1” adlandırılan ferment sayəsində bəzi plastik növlərini parçalayıb onlardan enerji əldə edə bilir.

Laboratoriya sınaqları göstərib ki, "Pap1" fermenti yalnız plastikləri parçalamaqla kifayətlənmir, həm də parçalanmış materiallardan bakteriyanın qidalanaraq çoxalmasını təmin edir. Bu xüsusiyyət, bakteriyanın sağ qalma və inkişaf potensialını xeyli artırır.

"Pseudomonas aeruginosa", həmçinin biofilm adlanan qoruyucu təbəqələr yarada bilir ki, bu da onu immun sisteminə və antibiotiklərə qarşı daha davamlı edir.

Araşdırma göstərib ki, bakteriyalar plastik səthlər üzərində daha qalın və dayanıqlı biofilmlər əmələ gətirirlər. Analizlər nəticəsində o da bəlli olub ki, parçalanmış plastik materiallar bu biofilmlərə birləşərək onların strukturunu möhkəmləndirir, sanki sement rolunu oynayaraq infeksiyanın davamlılığını artırır.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf  plastik əsaslı tibbi cihazların təhlükəsizliyini sual altına alır. Belə bakteriyalar bu cihazları asanlıqla koloniyalaşdıra və onların funksiyasına zərər verə bilər ki, bu da müalicənin uğursuzluğu və xəstənin vəziyyətinin ağırlaşması ilə nəticələnə bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR