• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Yaponiyada düyü böhranı: rəflər boş qalıb

DÜNYA

09 Sentyabr 2024 | 12:02

Yaponiyada düyü böhranı: rəflər boş qalıb

Təbii fəlakətlər və turist axını Yaponiyada düyü böhranına səbəb olub. 

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkədəki bazar rəfləri kifayət qədər ehtiyat olmadığı üçün boş qalıb.

Statistikaya əsasən bildirilib ki, Yaponiyada özəl sektorun əlində olan düyü ehtiyatı iyun ayında 1,56 milyon tona düşüb ki, bu da 1999-cu ildə bu sahədə məlumatların toplanmasının başlanmasından bəri ən aşağı səviyyə hesab edilir.

Hər il orta hesabla 100 min ton azalan düyü tələbatı əvvəlki ilə nisbətən 110 min ton artaraq 2024-cü ilin iyun ayına qədər olan 1 illik dövrdə 7,02 milyon tona çatıb.

Düyünən istifadə tələbinin artmasının səbəbləri arasında isə istehlakı artıran rekord sayda xarici ziyarətçilərin olması göstərilib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

21 Dekabr 2024