• Bakı 26° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yaxın Şərqdə gərginlik artır

DÜNYA

20 Iyul 2026 | 10:37

Yaxın Şərqdə gərginlik artır

ABŞ İraq və İordaniyada öz hərbçilərinin həlak olmasından sonra İranla genişmiqyaslı müharibənin başlanmasına yaxınlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə amerikalı rəsmiyə istinadən "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərq regionunda hərbi təyyarələrin sayını artırmağa başlayıb. Bununla belə, hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli mərmilərin ehtiyatlarının azalması, həmçinin döyüş zədələri səbəbindən bölgəyə əlavə qüvvələrin və təyyarələrin cəlb edilməsi imkanlarının məhdudlaşması ABŞ-nin hərbi əməliyyatlarının genişlənməsini çətinləşdirə bilər.

Hökumət rəsmisi WP-yə bildirib ki, Birləşmiş Ştatların əməliyyatları təhlükəsiz şəkildə həyata keçirmək üçün kifayət qədər resursu yoxdur.

Xatırladaq ki, ABŞ-İran münaqişəsində növbəti gərginləşmə iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqtonla Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq islam respublikasının ərazisinə bir neçə zərbə endirib. Elə həmin gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Cavab tədbirləri çərçivəsində Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ-nin Yaxın Şərqdəki obyektlərinə zərbələr endirməyə başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026