Yəməndən atılan raketdən sonra yüz minlərlə insanın sığınacaqlara axışdığı İsraildə 11 nəfər yaralanıb.
Bakıvaxtı.az bu barədə İsrail təcili yardım xidmətinin açıqlamasına istinadla xəbər verir.
Açıqlamada sığınacaqlara çatmaq istəyərkən 11 israillinin yaralandığı, 4 hücumun yaşandığı bildirilib.
Yəməndəki husilərin hərbi sözçüsü Yəhya Seri “Fələstin 2” adlı səsdən sürətli raketlə İsrail Müdafiə Nazirliyini hədəf aldıqlarını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu dünən Yəməndən ölkənin cənubuna doğru atılan pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Əli Hüseynov