Yəməndəki husilər İsrailin paytaxtı Təl-Əvivin Yaffa bölgəsinə və Eylat şəhərinə hücum edib.
Bakıvaxtı.az NAA-ya istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yahya Seri "Əl-Məsirə" televiziya kanalında verdiyi açıqlamada Təl-Əviv yaxınlığındakı Yafa bölgəsi və Eylat şəhərindəki elektrik stansiyalarına iki uğurlu hərbi əməliyyat həyata keçirdiklərini bildirib.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi Husilər 31 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzza bölgəsinə hücumlarına cavab olaraq İsrailli şirkətlərin ticarət gəmilərinə hücum edir və onlara PUA-larla zərbələr endirirlər.
Əli Hüseynov