• Bakı 22° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

“Yüksələn bürc”dən danışırsansa, “enən bürc”dən də danış - Astroloq

CƏMİYYƏT

12 Iyun 2023 | 17:43

“Yüksələn bürc”dən danışırsansa, “enən bürc”dən də danış - Astroloq

"Məşhur türk astroloqları “yüksələn bürc” anlayışı ilə insanın düşüncəsinə təsir edirlər. Ancaq bu, tamamilə yanlışdır".

Bunu Bakıvaxtı.az-a astroloq Səbuhi Rəhimli deyib.

Onun sözlərinə görə, el arasında “yüksələn bürc” desələr də elmi dildə adı Ascendanti (assendent) hesablamaq astroloqların işidir. "İnsanların bəziləri deyir ki, mənim bürcüm əkizlərdir, ancaq yüksələnim əqrəbdir. Mən ancaq əqrəbin proqnozlarını oxuyuram. Bu, çox absurddur”.

S.Rəhimli qeyd edib ki, Türkiyədə astroloqlarla söhbət edən zaman onlar çıxılmaz vəziyyətdə qalıb: "Türkiyədə astroloqlarla söhbət edəndə dedim ki, “yüksələn bürc” deyirsiz, bəs niyə “enən bürc”dən danışmırsız? Hamısı çaş-baş qaldı. Anlayışları yoxdur. Sadəcə, deyirlər “yüksələn bürc”. “Enən bürc” desinlər də”.

Astroloq bildirib ki, insan öncədən xəbərdar olsa, ziyandan, zərərdən daha tez qurtular. “Ancaq istəklər çox olduğu üçün hər kəsin yüksələn bürcünü tədricən çatdırıb yazıram".

Xəyalə Rza


SON XƏBƏRLƏR

06 Iyun 2025