• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zaqatalada piyadanı maşın vuraraq öldürdü

HADİSƏ

21 Fevral 2022 | 09:46

Zaqatalada piyadanı maşın vuraraq öldürdü

Zaqatalada yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb.

Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Bəhmətli kənd inzibati ərazisində baş verib.

Zaqatala rayonu Yuxarı Tala kənd sakini 1984-cü il təvəllüdlü Muradov İlkin Müntəzir oğlu özünə məxsus "Nissan maxima" markalı 90 OD 311 dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala rayonu Bəhmətli kəndi istiqamətində hərəkət edərkən həmin kəndin ərazisində yolun solundan sağına keçməyə çalışan 1951-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Muradov İsmayıl Fərhad oğlunu vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ.Muradov hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026