• Bakı C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

29 min manatlıq qızıl oğurlayan qadın saxlanılıb
CƏMİYYƏT
25 Yanvar 2026 | 12:38

29 min manatlıq qızıl oğurlayan qadın saxlanılıb

Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və ev sahibinə məxsus 900 manat, həmçinin 29 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı M. Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

 


SON XƏBƏRLƏR

24 Yanvar 2026