• Bakı 28° C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Afaq Bəşirqızına “Şərəf” ordeni təqdim olundu
MƏDƏNİYYƏT
04 Sentyabr 2025 | 09:19

Afaq Bəşirqızına “Şərəf” ordeni təqdim olundu

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Xalq artisti, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olunub.

Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən mərasimdə orden sənətkara təqdim edilib.

Mədəniyyət naziri Adil Kərimli Afaq Bəşirqızını 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edərək, onun səhnə və ekran yaradıcılığının milli mədəniyyətimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Afaq Bəşirqızı dövlətimizin sənətə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib. 

Mərasimdə aktrisaya həmçinin Mədəniyyət Nazirliyinin Fəxri diplomu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025