• Bakı 24° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Hava limanı ərazisində taksi şirkətlərinə qadağa qoyulub? - AÇIQLAMA
CƏMİYYƏT
04 Sentyabr 2025 | 10:58

Hava limanı ərazisində taksi şirkətlərinə qadağa qoyulub? - AÇIQLAMA

Sosial şəbəkələrdə bu il sentyabr ayının 8-dən taksi şirkətlərinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzi hissələri istiqamətində olan sifarişləri qəbul edə bilməyəcəkləri ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda sözügedən tarixdən Aeroportdan taksi nəqliyyatı ilə sərnişindaşımaların yalnız “Bakı Taksi Xidməti” MMC vasitəsilə həyata keçiriləcəyi qeyd edilir.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı "APA-Economics"in sorğusuna cavab olaraq Aeroportdan bildirilib ki, hava limanında sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır:

"Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansısa məhdudiyyət tətbiq olunmur. Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq".

Qeyd edək ki, “Bakı Taksi Xidməti” Azərbaycanda fəaliyyət göstərən Dövlət Taksi Xidmətidir. Taksi xidmətinin duracağı hava limanında 1-ci terminalın çıxışında yerləşir.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025