Rusiya hərbçiləri gecə saatlarında Xarkov vilayətinin Malınivka kəndini pilotsuz uçan aparatlarla atəşə tutub.
Bakıvaxtı.az bu barədə "Ukrinform"a istinadla xəbər verir.
Bildirilib ki, nəticədə 48, 25, 69 və 62 yaşlı dörd kişi, həmçinin 50 yaşlı qadın xəsarət alıb.
Məlumata görə, hücum yaşayış evlərinə və avtomobillərə ziyan vurub, yanğınlar baş verib.
Ümumilikdə vilayətdə mülki obyektlərdə dörd yanğın qeydə alınıb, xilasedicilər hadisə yerində çalışıblar.
Qeyd edək ki, son sutkada Rusiya ordusu Xarkov vilayətinə 12 “Şahed”, 2 “Molniia” və 4 FPV tipli PUA ilə hücum edib.
Əli Hüseynov