• Bakı 26° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

“Putin sadəcə Texas ştatının qubernatorudur“ - Rutte
DÜNYA
04 Sentyabr 2025 | 12:48

“Putin sadəcə Texas ştatının qubernatorudur“ - Rutte

Ukraynaya xarici ölkə qoşunlarının göndərilməsi Rusiyanın qərar verəcəyi məsələ deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Ukraynaya Avropadan hərbi kontingentin göndərilməsi ilə bağlı etirazına cavab olaraq deyib.

    “Niyə bizə Rusiyanın bu barədə fikri maraqlı olmalıdır? Ukrayna suveren ölkədir. Buna Rusiya qərar verə bilməz. Rusiyanın bu məsələyə aidiyyəti yoxdur. Əgər Ukrayna sülh müqaviləsini dəstəkləmək üçün özünün təhlükəsizliyinə zəmanət verən hərbi birləşmələrə ev sahibliyi etmək istəyirsə, bu, onun qərarıdır. Başqa heç kəs bununla əlaqədar qərar verə bilməz”, - Rutte vurğulayıb.

    NATO Baş katibi Rusiya lideri Vladimir Putini çox güclü hesab etməyin doğru olmadığını bəyan edib.

    “O sadəcə Texas ştatının qubernatorudur, vəssalam. Gəlin onu çox ciddi hesab etməyək”, - Rutte qeyd edib.


    SON XƏBƏRLƏR

    03 Sentyabr 2025