Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Böyük Britaniyanın Baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi cənab Lord Con Alderdaysı ölkəmizdə qarşılamaqdan məmnun olduq. Birləşmiş Krallıqla iqtisadi əməkdaşlığın gündəmində olan prioritet fəaliyyət istiqamətləri, biznes, investisiya və ticarət tərəfdaşlığının gücləndirilməsi, enerji, yüksək texnologiyalar və rəqəmsal transformasiya sahələrində birgə fəaliyyətin təşviqi imkanları barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.
Bakı 












