• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycanda partlayışa davamlı avadanlıqla bağlı texniki reqlament hazırlanıb
CƏMİYYƏT
04 Iyun 2025 | 13:47

Azərbaycanda partlayışa davamlı avadanlıqla bağlı texniki reqlament hazırlanıb

Azərbaycanda “Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Bu texniki reqlament partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarda sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.

Azərbaycanda partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, ölkədə olan partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqlar ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.


SON XƏBƏRLƏR

05 Iyun 2025