• Bakı 26° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
İQTİSADİYYAT
13 Iyul 2025 | 16:00

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bu ilin sonlarında Azərbaycanla Filippin arasındakı viza mövzusu müzakirə olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Filippinin Azərbaycandakı qeyri-rezident səfiri Henri Bensurto Report-a açıqlamasında deyib.

H.Bensurto bildirib ki, Azərbaycan-Filippin münasibətlərinin gənc olmasına baxmayaraq, əlaqələr yaxşı səviyyədədir və bunun yüksək səviyyəyə çatması üçün səylərini əsirgəmir:

“Ölkələrimiz arasında viza mübadiləsinin asanlaşması, yalnız diplomatlarımıza deyil, sadə vətəndaşlarımıza qarşılıqlı səfər etmək imkanı verəcək. Bu məsələ Azərbaycan hökuməti ilə davam edən danışıqların bir parçasıdır. Bununla əlaqədar Azərbaycan hökuməti ilə birlikdə ikitərəfli planlaşdırılmış məsləhətləşmələrimiz var. Ümüd edirəm ki, müzakirələrdə Azərbaycan ilə Filippin arasında vizaların alınmasının asanlaşdırılması istiqamətində uyğun qərar qəbul ediləcək”.


SON XƏBƏRLƏR

13 Iyul 2025
12 Iyul 2025