• Bakı 24° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Bakıda avtomobil ehtiyat hissələri mağazasının fəaliyyəti dayandırılıb - FOTO+VİDEO
CƏMİYYƏT
11 Iyul 2025 | 16:42

Bakıda avtomobil ehtiyat hissələri mağazasının fəaliyyəti dayandırılıb - FOTO+VİDEO

Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. BY

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 


SON XƏBƏRLƏR

11 Iyul 2025