• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda yol çökdü - su kollektoru üzə çıxdı
HADİSƏ
29 Noyabr 2026 | 00:04

Bakıda yol çökdü - su kollektoru üzə çıxdı

Bakının Xətai rayonunda yolun çökməsi nəticəsində təxminən 10 metr dərinlikdə yeraltı hissə və su kollektoru görünüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baku.ws-ə Nicat Qasımov adlı vətəndaş məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Corad küçəsi, 5B ünvanında, yaşadıqları evin qarşısında baş verib. Yolun çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb və yerin təxminən 10 metr dərinliyində yerləşən su kollektoru üzə çıxıb.

Vətəndaş bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026