Myanma ordusunun toy mərasiminin keçirildiyi məkana endirdiyi hava zərbəsi nəticəsində təxminən 20 nəfər həlak olub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, ölkədə son üç gündə çoxlu sayda insan tələfatı ilə nəticələnən ikinci kütləvi hadisədir.
Hücum Şan və Karenni ştatlarının sərhədində yerləşən Moe Bye rayonundakı bir kənddə baş verib. Bu kənddə çoxlu sayda məcburi köçkün yaşayır.












