• Bakı 28° C

    11.11 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Barsa kapitanlıq sarğısını Ter Ştegenə qaytardı
İDMAN
09 Avqust 2025 | 18:15

"Barsa" kapitanlıq sarğısını Ter Ştegenə qaytardı

"Barselona"nın futbolçusu Mark-Andre ter Ştegen La Liqanın Tibb Komitəsinə göndərilməsi üçün lazımi sənədləri imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qolkiper klubun La Liqaya zədəsi ilə bağlı tibbi hesabat göndərməsi üçün tələb olunan sənədə imza atıb.

Onunla əlaqədar intizam işi bağlanb. Bildirilib ki, Ter Ştegenə kapitanlıq sarğısı yenidən təqdim edilib.

Daha əvvəl mətbuat 33 yaşlı qolkiperin bel nahiyəsindən əməliyyatdan sonra sağalma müddətinə dair təxminlərində "Barselona" ilə fikir ayrılığına görə tibbi hesabatı imzalamaqdan imtina etdiyini yazmışdı. 


SON XƏBƏRLƏR

09 Avqust 2025