• Bakı 32° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Mən evimdə otururam, siyasətlə əlaqəm yoxdur - Akşener 

DÜNYA

09 Avqust 2025 | 17:53

Mən evimdə otururam, siyasətlə əlaqəm yoxdur - Akşener 

Türkiyənin İYİ Partiyanın sabiq sədri Meral Akşener haqqında yayılan iddialara münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, sabiq siyasətçi barəsində çıxan xəbərlərin yalan olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatında Akşenerin bir sıra obyektlər almaq istədiyi, bunun üçün hökumətə müraciət etdiyi barədə iddialar yayılıb.

"Qətiyyən yalan… Yanlış məlumat demirəm, qətiyyən yalandır. Mən evimdə otururam, siyasətin heç bir sahəsində yoxam. Siyasi partiya sədrləri ilə qarşılaşsam, sadəcə salamlaşıram, görüşmürəm. İlk dəfə sizdən eşidirəm”, - Oda TV-yə açıqlama verən Akşener deyib.

O deyib ki, 30 illik siyasi həyatında pul ilə heç bir əlaqəsi olmayıb: "Qadın olaraq belə işlərlə məşğul olsaydım, bu qədər davam gətirə bilməzdim. Siyasəti buraxandan sonra bu cür dedi-qodular artdı”.

Akşener öz qurduğu partiyanı könüllü şəkildə tərk etdiyini vurğulayıb: “Bu dedi-qodular haradan çıxır, bilmirəm. Siyasəti buraxdım, dedi-qodu bitmədi”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026
24 Iyul 2026